Türkiyə
Super Liqasında mübarizə aparan “Antalyaspor”un ulduz futbolçusu Samuel Etoya
Çin klubu “elçi” düşüb.
Korner.az-ın
məlumatına görə, bu haqda “Titan Sports” xəbər yayıb.
Bildirilir
ki, Çinin 2-ci liqasında mübarizə aparan “Dalian Yifang” kamerunlu futbolçunu
transfer etmək istəyir. 35 yaşlı oyunçu isə Çində oynamağa müsbət yanaşır.
Xatırladaq
ki, afrikalı bu mövsüm Super Liqada 18 oyuna 9 qol vurub.
