Çin klubunda yeni baş məşqçi
10.12.2024 , 23:23
Kike Setyenin yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, ispaniyalı mütəxəssis karyerasını Çində davam etdirəcək.
O, sözügedən ölkənin “Beytszin Qoan” klubunu çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
66 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat açıqlanmayıb.