Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 20-də, İsveçrənin Nyon şəhərində atılacaq.
Korner.az-ın məlumatına görə, azərbaycanlı azarkeşlərin diqqət mərkəzində saxladığı Türkiyənin "Qalatasaray" klubunun 7 potensial rəqibi artıq məlumdur.
Püşkatma mərasimi zamanı 8 qrupda ilk 2 yeri tutmuş komandalar 2 səbətə bölünəcəklər ki, "Cim-Bom" səpələnməmişlər səbətinə yer alacaq. "Qalatasaray" “Mançester Yunayted”lə bu mərhələdə qarşılaşa bilməz.
"Aslan"ın potensial rəqibləri aşağıdakılardı:
“Səpələnmişlər”: PSJ (Fransa), “Şalke” (Almaniya), “Malaqa” (İspaniya), “Borussiya” D (Almaniya), “Yuventus” (İtaliya), “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə)
“Səpələnməmişlər”: “Portu” (Portuqaliya), “Arsenal” (İngiltərə), “Milan” (İtaliya), “Real Madrid” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Valensiya” (İspaniya), “Seltik” (Şotlandiya), “Qalatasaray” (Türkiyə).
Qeyd edək ki, 1/8 finalda iki ölkənin komandaları üz-üzə gələ bilməz.
