Qaret Beylin “Real”a transferindən sonra “Tottenhem”ə keçən Erik Lamela qışda İstanbul nəhəngi “Qalatasaray”a keçə bilər.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son zamanlar heyətə düşməkdə çətinlik çəkən Lamela komandadan ayrılmaq istəyir.
Xəbərdə Mançininin futbolçunun meneceriylə görüşdüyü və ilkin razılığın əldə olunduğu deyilib.
