Çili – Argentina oyununda qonaqlar sevindi – Video
28.01.2022 , 11:51

DÇ-2022-nin seçmə mərhəsinin Cənubi Amreika zonasında 15-ci turun oyunları keçirilir.
Argentina milli komandası səfərdə Çilinin qonağı olub. Qarşılaşma Lionel Skaloninin yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 32-yə yüksəldən Argentina yığması turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 16 xalı olan Çili isə 7-ci yerdədir.
Çili – Argentina 1:2
Qollar: Ben Brereton, 21 – Anxel Di Mariya, 10, Lautaro Martines, 34
