“Milan”ın keçmiş hücumçusu Alberto Cilardinyonun yeni klubu müəyyənləşib.
Təcrübəli forvard B seriyasında mübarizə aparan “Spetsiya” ilə anlaşıb.
Tərəflər 2 illik müqaviləyə imza atıblar. Cilardinyo yeni klubunda 10 nömrəli formanı geyəcək.
Qeyd edək ki, ötən mövsüm “Peskara”da çıxış edən italiyalı futbolçu ilə İngiltərənin “Kristal Pelas” klubunun maraqlandığı deyilirdi.
