Bu gün futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, futbolçumuz Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” da növbəti matçına çıxıb.
Sivas təmsilçisi səfərdə “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Özkara bu görüşdə forma geyinə bilməyib. Belə ki, futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.