“Bu gün istədiyimiz oyunu göstərə bilmədik. Qarşımızda çox güclü komanda var idi. Onları təbrik edirəm çempionluq münasibəti ilə”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Sivasspor”un hücumçusu Cihan Özkara deyib.
Millimizin də, şərəfini qoruyan forvard dünən “Qalatasaray”la oyunda komandasının ikinci qoluna imza atmışdı. Özkara oyundan sonra verdiyi açıqlamada kuboku qazanmaq istədiklərini bildirib:
“Bu bizim həqiqi oyunumuz deyildi. Biz sadəcə atmosferdən tam çıxa bilmədik. Qarşımızda kubok oyunu var. Bu bizim üçün daha vacibdi və düşünürəm ki, kubokda uğurlu nəticə əldə edib finala çıxacağıq”.
