Çiçarito üçün mövsüm erkən bitdi
22.07.2020 , 18:47
“Los Anceles Qelaksi”də forma geyinən Xavyer Hernandes üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Korner.az xəbər verir ki, Çiçarito ötən həftə məşq edərkən sağ ayağından zədə alıb. Müayinədən keçən futbolçunun mövsümün geridə qalan hissəsində meydana çıxmayacağı bəlli olub.
Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan ABŞ MLS-ində mövsüm iki həftə əvvəl fərqli formatda bərpa olunub.