Futbol

Çiçarito “Qarabağ”la oyunda debüt edə bilər

12.09.2019 , 19:57

“Sevilya”nın “Vest Hem”dən transfer etdiyi Xavyer Ernandes kollektiv məşqlərə davam edir.

Korner.az-ın məlumatına görə, hücumçu tam formada olmadığı üçün La Liqanın IV turunda “Alaves”lə səfər görüşündə oynamaya bilər.

Çiçaritonun Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la səfər görüşündə oynamaq ehtimalı böyükdü.

Sentyabrın 19-u keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda baş tuacaq.

Son yazılar

Yuxarı