Çiçarito ABŞ klubunda
22.01.2020 , 17:16

“Sevilya”nın futbolçusu Xavyer Hernandes karyerasını ABŞ-da davam etdirəcək.
Korner.az xəbər verir ki, hücumçu “Los Anceles Qalaksi” klubuna keçib. Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
O, karyerası ərzində “Çivas”, “Mançester Yunayted”, “Real”, “Bayer”, “Vest Hem” kimi klublarda forma geyinib. Çiçarito ləqəbli hücumçu, 2019-cu ildən “Sevilya”da çıxış edirdi.
