Karyerasını “Bastiya”da davam etdirən məşhur fransalı futbolçu Cibril Sisse karyerasını bitirmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, hücumçu bu yay futboldan gedəcəyini açıqlayıb: “Günün 24 saatı, hətta axşam televizora baxanda belə, ağrılar hiss edirəm. Həyatımda çətinliklər var. Düşünürəm ki, bu mövsüm mənim üçün sonuncu olacaq. Artıq bacara bilmirəm”.
Xatırladaq ki, Sisse “Olimpik” (Marsel) və “Liverpul” klublarındakı çıxışı ilə tanınıb. O, “Liverpul”un heyətində 2005-ci ildə Çempionlar Liqasının qalibi və Avropa Superkubokunun sahibi olub.
