Ceymi Vardidən sonra…
30.04.2025 , 20:42

Ceymi Vardidən sonra Vilfrid Ndidinin “Lester”dən ayrılacağı gözlənilir.
Korner.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Futbolçunun müqaviləsində 9 milyon funt-sterlinq dəyərində sərbəst buraxılma maddəsi var.
Yayılan xəbərdə bildirilib ki, “Lester Siti”nin aşağı liqaya düşməsi ilə 28 yaşlı oyunçu üçün bu sərbəstlik bəndi aktivləşdirilib.
Klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər olan Ndidinin bazar dəyəri 18 milyon avrodur.
Bu mövsüm 27 matçda iştirak edən oyunçu 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
