Ceymi Vardi millidən getdi
28.08.2018 , 17:27

“Lester”in hücumçusu Ceymi Vardi İngiltərə millisindəki karyerasını başa vurub.
31 yaşlı futbolçu qərarını millinin baş məşqçisi Qaret Sautqeytə bildirib. O, ailəsi ilə daha çox vaxt keçirmək üçün millidən getdiyini deyib.
Qeyd edək ki, 2015-ci ildə İngiltərə yığmasında debüt edən Vardi 26 oyuna 7 qol vurub.
