big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ceyhun Sultanov: “Mən ölkə prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki…”

28.04.2015 , 05:40

Azərbaycanın məşhur futbolçusu, hazırda “Sumqayıt” klubunun rəhbərliyində təmsil olunan Ceyhun Sultanovun mənzil firildaqçılığına məruz qalması haqda məlumat vermişdik.  Futbolçu bildirir ki, 2008-ci ildə mənzil almaq üçün “Şərurlu İsfəndiyar” kimi tanınan iş adam İsfəndiyar Axundova məxsus “Şərur MTK”-nın inşa etdiyi binalardan birində mənzil seçib.

Korner.az-ın məlumatına görə, Yasamal rayonu, Talıblı küçəsi 4 ünvanda yerləşən həmin bina tikilib, hazır vəziyyətə gətirilsə də, C.Sultanov bugünədək mənzilini ala bilmir. Futbolçu deyir ki, mənzilə görə əvvəlcədən 48 min manat ödəyib. C.Sultanov indi nə mənzili, nə də ödədiyi vəsaiti də geri ala bilmir.  

Aldadıldığını düşünən futbolçu məsələ ilə bağlı məhkəməyə də müraciət edib. İşə Yasamal rayon məhkəməsində baxılıb və C.Sultanov zərərçəkmiş şəxs kimi tanınaraq, onun mənzil almaq məqsədilə 48 manat ödədiyi təsdiq olunub. Lakin məhkəmə qərarı bu günə qədər icra edilməyib.

İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-dan isə bildirilmişdi ki, onlar Talıblı küçəsi 4 ünvanındakı binanın tikintisini “Olimpus” firmasına həvalə ediblər və C.Sultanov da vəsaiti məhz həmin firmaya ödəyib. Bu səbəbdən də “Şərurlu İsfəndiyar” futbolçunun iddiası ilə razılaşmır. Qeyd edək ki, “Olimpus” firmasının rəhbəri Rauf adlı şəxs bir müddət əvvəl həbs olunub və orada da dünyasını dəyişib.

Ceyhun Sultanov aprelin 26-da yenidən redaksiyamızla əlaqə saxlayaraq, bildirdi ki, “Şərur MTK”-nın məlum iddiasından sonra həmin əraziyə baş çəkib: “Dəqiqləşdirmək istədim ki, doğrudanmı həmin binanı “Şərur” MTK tikir, ya yox… Şahidi oldum ki, mənim mənzil üçün pul ödədiyim binanı hazırda “Şərur” MTK inşa edir, son tamamlama işləri aparılır. Sadəcə, mənə yalan danışırlar. Mən ölkə prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, mənim pulunu ödədiyim mənzilimin, yaxud ödədiyim pulun verilməsi üçün müvafiq şəxslərə göstəriş versin. “Şərur” MTK-nın sahibi qanunları ayaq altına atır. Mən pulu “Olimpus”a yox, məhz “Şərur” MTK-ya ödəmişəm. Bu gün də həmin binanın sahibkarı “Şərur” MTK-dır. Onu da öyrənmişəm ki, bu MTK-ya bağlı olan və vətəndaşlara son illər ərzində fırıldaq gələn törəmə qurumların vurduğu ziyanın ödənməsi məqsədi ilə dövlət tərəfindən “Şərur” MTK-ya müəyyən qədər vəsait də ödənilib. Amma yenə də zərərçəkmiş kimi bizim hüquqlarımız bərpa olunmur”.

C.Sultanov “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ” və s. klubların heyətində çıxış edib, Azərbaycan milli komandasının şərəfini qoruyub.  (musavat.com)

Son yazılar

To Top