"Sumqayıt"ın futbolçusu Ceyhun Sultanovun Korner.az saytına müsahibəsi.
– Premyer Liqanın III turu çərçivəsində doğma divarlar arasında "Qarabağ"a 1:6 hesabı ilə məğlub oldunuz. Oyunla bağlı nə deyə bilərsən?
"Qarabağ"a qarşı çox zəif oynadıq. İstədiyimiz oyunu göstərə bilmədik. Bu matçda bizə başqa oyun üslubu verilmişdi. İlk dəfə idi ki, belə futbol oynayırdıq. Ona görə də alınmadı.
– Belə böyükhesablı məğlubiyyət gözləyirdin?
Yox, gözləmirdim. Karyeramda heç vaxt belə məğlubiyyətlə üzləşməmişdim. İlk dəfədi ki, 1:6 hesabı ilə uduzuram.
– Necə düşünürsən, oyun hesaba görə oldu?
Müdafiədə çox kobud səhvlərə yol verdik. Bunun nəticəsində hesab biabırçı həddə çatdı.
-Məğlubiyyətdə sənin də səhvlərin oldumu?
Futbolu 11 nəfər oynayırsa, ortada məğlubiyyət varsa, deməli, hamının payına düşən səhv var.
– Gələn həftə "Qəbələ" çətin oyununuz var.
Futboldu, "Qarabağ"a məğlubiyyəti yaddan çıxartmaq lazımdır. Evdə itirdiyimiz xalı Qəbələdə qaytarmağa çalışacağıq. Yaxşı oynayıb, ən azı 1 xalla dönmək istəyirik.
– "Sumqayıt"ın qarşısına qoyulan məqsəd nədir?
Qarşımıza heç bir məqsəd qoyulmayıb. Sadəcə yaxşı futbol göstərmək, maksimum yaxşı oynayıb yuxarı pillələrdə qərarlaşmaq üçün çalışırıq. Klubun əsas məqsədi milli komandalarımıza futbolçu verməkdir.
Hidayət QURBANOV
