“Kəpəz” klubu ilə danışığım olub. Böyük etimalla bu komandada qalmayacam. İki paytaxt komandası ilə danışıqlarım olub. İnşallah bu gün axşam saatlarında hansı komandada oynayacağım bəlli olacaq".
Korner.az-ın məlumatına görə, bu sözləri Xemsefan.com saytına açıqlamasında “Kəpəz” klubunun aparıcı oyunçularından biri Ceyhun Sultanov deyib.
Yarımmüdafiəçi azarkeşlərə təşəkkür etməyi də unutmayıb:
“Bir çox komandalardan təklif almışam. Onlardan ikisi ilə danışıqlarım olub. Bu gün isə bir başqa klub rəsmiləri ilə görüşəcəm. Mən futbolçuyam. Şərtləri və iddiaları daha yaxşı olan komandada oynayacağam. “Kəpəz” azarkeşləri komandanın tutduğu möqeyindən asılı olmayaraq stamiona müntəzəm olaraq 8-10 min tamaşaçi gəlir.
Başda Xəmsə və Kəpəz fan klubları olmaqla bütün Gəncəli azarkeşlərə, məni sevənlərə və sevməyənlərə dərin təşəkkürlərimi bildirirəm, onlar ən xoş sözlərə layiqdirlər, çox sağ olsunlar. Sevdikləri komandalarına uğurlar arzulayıram. “Kəpəz” mənə cox şey verdi mən artıq bu komanda da oynamayacam”