“UltraNeftçi” fan-klubunun rəhbəri Ceyhun Əzizli bir müddət əvvəl üzvləri üçün şərflər sifariş etmişdi.
Korner.az-ın məlumatına görə, fan-klubun rəhbəri Ceyhun Əzizlinin sifariş etdiyi 300 ədəd forma hazırlanıb. “UltraNeftçi” fan-klub rəhbərliyi formaların paylanılmasını AZAL – “Neftçi” oyununda həyata keçirməyi planlaşdırır. "Neftçi"nin 20-ci turda səfərdə keçirəcəyi "Simurq"la oyundan öncə də, bu formalardan fan-klub üzvlərinə hədiyyə olunacaq.