"UltraNeftçi" klubunun rəhbəri, "Qalatasaray"ın sadiq azarkeşlərindən olan Ceyhun Əzizli Türkiyə mətbuatın da gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, Türkiyə mətbuatının diqqətini çəkən isə Əzizlinin iki oğul övladına qoyduğu adlar olub.
Belə ki. onun övladlarına Arda və Turan ismlərini qoyması “Cihan” agentliyinin diqqətini çəkib. Bundan sonra sözügedən mətbu oraqn Ceyhun Əzizli ailəsinə baş çəkərək, Arda və Turanla görüşüb. Bu xəbər qardaş ölkə saytlarının manşetini bəzəyib.
