DÇ-2018-in seçmə mərhələsində sabah millimizlə qarşılaşacaq Çexiya yığması oyuna ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçiləri David Pavelka və İrji Skalaka sabahkı oyunu buraxacaq.
Pavelka cəzalı, Skalaka isə zədəlidir.
Sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
