Çexiyada çempion müəyyənləşdi
12.05.2022 , 17:42

Çexiya çempionatında 2021/2022 mövsümünün qalibinin adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, çempion adını “Viktoriya Plzen” qazanıb. Komanda buna pley-off mərhələsinin 4-cü turunda “Hradeç Kralove”ni məğlub etməklə (2:0) nail olub.
Plzen təmsilçisi xallarının sayını 82-yə çatdırıb və çempionluğu rəsmiləşdirib.
“Viktoriya Plzen” tarixində 6-cı dəfə Çexiya çempionu olub.
