Çexiya – Türkiyə matçının hakimi açıqlandı
24.06.2024 , 13:10

Avro-2024-ün qrup mərhələsinin sonuncu turunda keçiriləcək Çexiya – Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanın baş hakimi rumıniyalı İştvan Kovaç olacaq.
Ona Vasile Marinesku və Ovidiu Artene köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Espen Eskas yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 26-da keçiriləcək Çexiya-Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
