Çexiya millisinə müvəqqəti baş məşqçi təyin olundu
22.10.2025 , 23:00
Çexiya Futbol Assosiasiyası millinin baş məşqçi postuna müvəqqəti təyinat edib.
Korner.az xəbər verir ki, bu vəzifəyə Yaroslav Kest gətirilib.
O, yığmanı noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 17-də DÇ-2026-nın seçmə mərhələsində Cəbəllütariq ilə matça hazırlayacaq.
Hazırda Çexiya yığması L qrupunda 13 xalla ikinci sıradadır.
Qeyd edək ki, Yaroslav Kest əvvəllər baş məşqçi İvan Haşekin köməkçisi kimi Çexiya millisində çalışıb.