Millimiz Çexiya, Ukrayna və Litva ilə birgə A qrupunda mübarizə aparacaq
2013-ci il yanvarın 5-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1995-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə qrupların tərkibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Yığmamız Çexiya, Ukrayna və Litva ilə birlikdə A qrupunda yer alıb:
A qrupu: Çexiya, Ukrayna, Azərbaycan, Litva
B qrupu: Yunanıstan, Sloveniya, Rusiya, Latviya
C qrupu: Türkiyə, Finlandiya, İran, Qazaxıstan
D qrupu: Belçika, İtaliya, Sank-Peterburq, Belarus
