Çex xokkeydə debüt etdi
14.10.2019 , 20:07

Çexiya millisinin sabiq qapıçısı Peter Çex xokkeydə debüt görüşünü keçirib.
Korner.az xəbər verir ki, keçmiş futbolçunun çıxış etdiyi “Qilford Feniks” Milli Xokkey Liqasında (II Liqa) “Sundino Valdkets”lı qarşılaşıb.
Görüş “Qilford Feniks”in 3:2 hesablı qələbəsi ilə bitib.
Çexiyalı sabiq qapıçı karyerası ərzində “Sparta” (Praqa), “Renn”, “Çelsi” və “Arsenal” klublarında çıxış edib.
