CEV avrokubokları ləğv etdi
24.04.2020 , 13:18

Avropa Voleybol Konfederasiyası avrokuboklarda mövsümün qalan hissəsini ləğv edib.
Mayın 16-da Berlində keçirilməli olan Çempionlar Liqası superfinalını da baş tutmayacaq.
CEV turnirləri ləğv etsə də, mükafat fondunun 80 faizini klublara ödəyəcək. Qurum gələn mövsüm mükafat fondunu qoruyacağını açıqlayıb. Bundan əlavə, yeni mövümdə klublara dəstək göstəriləcək.
