DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, milli komandalara dəvət olunan "Bakı"nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis Litva komandasının Yunanıstan millisinə qarşı səfər oyununda fasilədən sonra meydana çıxıb.
Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bosniya-Herseqovina – Latviya oyununda komandanın müdafiəçisi Denis İvanovs əvəzolunmadan 90 dəqiqə oynayıb. Onun komanda yoldaşı hücumçu Maris Verpakovskis oyuna ikinci hissədə daxil olub və meydanda 29 dəqiqə keçirib.
Oyun 4:1 hesabı ilə Bosniya-Herseqovina komandasının xeyrinə başa çatıb.
