Qış fasiləsində gah karyerasını bitirəcəyini açıqlayan, gah da AZAL-ın düşərgəsində peyda olan Aleksandr Çertoqanovun iş yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, millimizin sabiq üzvü “Sumqayıt”ın düşərgəsinə dönüb.
Qeyd edək ki, 2000-2004-cü illərdə Ukraynanın “Mikolaiv” və “Spartak” (İvano-Frankivsk) klublarında oynamış Çertoqanov 2004-cü ildə ölkəmizə gəlib. Ardıcıl olaraq “Bakı”, “Neftçi”, “Simurq”, “İnter”, “Qəbələ” və “Sumqayıt”ın formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 2006-2013-cü illərdə milli komandamızda 54 oyun keçirib. Çertoqanov 2004/05 mövsümündə “Bakı” ilə Azərbaycan Kubokunu, 2009/10 mövsümündə “İnter”lə Azərbaycan çempionluğunu qazanıb.
