"Mançester Yunayted"in əfsanə futbolçusu Poul Skouls milli karyerasını bitirən Cerrard haqqında danışıb.
Korner.az xəbər verir ki, Skouls Cerrardın milli karyerasında fəxr ediləcək bir şey olmadığını bildirib: "1966-cı il dünya kubokundan bu yana İngiltərənin ən böyük uğuru 1990-cı ildə yarımfinala çıxması olub. Böyük turnirlərdə uğur əldə etməsəniz tarixə keçə bilməzsiniz".
