ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun yarımmüdafiəçisi Stiven Cerrard Britaniyanın məşhur qəzeti “The Telegraph”la müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, “Liverpul”un keçmiş kapitanı qəzetdə köşə yazıları yazacaq. Cerrard ayda 1 dəfə mətn yazmalıdı.
Stivenin ilk yazısı bu həftə sonu çıxacaq. O, İngiltərə Liqa kubokunun finalı – “Mançester Siti” – “Liverpul” görüşü ilə bağlı fikirləini bildirəcək.
