Almaniya yığmasının kapitanı Filip Lamdan sonra daha bir kapitan millidəki karyerasına son qoyub.
Korner.az-ın məlumatına görə, İngiltərə millisində ilk oyununa 2000-ci ildə çıxan Stiven Cerrard DÇ-2014 Kosta Rika matçıyla 14 illik karyerasına son qoydu. Bu hadisəylə bağlı açıqlama verən Cerrard: "Ölkəmin şərəfini qoruduğum hər dəqiqədən həzz aldım. Bu formanı bir daha geyinməyəcəyimə görə çox üzgünəm", – fikirlərini səsləndirib.
Qeyd edək ki, "Liverpul"un əfsanəsi İngiltərə yığmasında 114 oyuna 21 dəfə fərqlənməyi bacarıb.