İngiltərə millisinin və “Liverpulun 34 yaşlı yarımmüdafiəçisi Steven Cerrard milli komandadakı karyerasını başa vurub.
Korner.az xəbər verir ki, təcrübəli futbolçu açıqlamasında bildiribki: “Roy Hodcsona minnətdarlığımı bildirirəm. Bu qərarı vermək mənim üçün çox çətin oldu. Milli komandada oynaya bilməyəcəyimə görə çox məyusam”.
Qeyd edək ki, Cerrard İngiltərə millisinin formasını 114 dəfə geyinib və 21 qolla yadda qalıb.