Futbol

Çerışev “Valensiya”da

14.08.2018 , 18:39

İspaniyanın “Valensiya” klubu Rusiya millisinin və “Vilyarreal”ın futbolçusu Denis Çerışevi heyətinə qatıb.

İspaniya təmsilçisi 28 yaşlı hücumçunun keçidini rəsmi “Twitter” səhifəsindən paylaşıb. Paylaşımda Rusiya bayrağı ilə yanaşı, “Yarasa evə qayıdır” yazısı da qeyd olunub.

Qeyd edək ki, Denis Çerışev 2016-cı ildə də icarə əsasında “Valensiya”da çıxış edib. O, 2018-ci il dünya çempionatında 4 qol vurub.

Son yazılar

Yuxarı