"Liverpul" klubu kapitanı Stiven Cerardla müqaviləni yeniləmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, klub artıq 34 yaşlı futbolçuya yeni müqavilə təklif edib.
Lakin müqavilənin müddəti hələlik açıqlanmayıb. Mövsümün sonunda komandası ilə mövcud müqaviləsi başa çatacaq Cerard yeni təklifi müsbət qarşılayıb.
Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan Cerard keçirdiyi 482 oyunda 113 qola imza atıb.
