ABŞ-ın MLS Liqasında çıxış edən “Los-Anceles Qalaksi”nin futbolçusu Stiven Cerrard “Liverpul”un bazasında məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, 35 yaşlı ingilis futbolçu mövsümlərarası fasilədə formasını itirməmək üçün “qırmızılar”la hazırlıq keçir.
Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp “Mirror”a açıqlamasında Cerrardın “Liverpool”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Cerrard – “Liverpul”un əfsanəsidi, amma “Los-Anceles Qalaksi”yə aiddi. Ona dedim ki, ürəyi nə vaxt istəsə, məşqlərimizdə iştirak edə bilər. Bizim qapılarımız onun üzünə həmişə açıqdı”.
