İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul”un əfsanəsi Steven Cerard kluba qayıdıb.
Korner.az-ın məlumatına görə, ingiltərə millisinin sabiq futbolçusu bu gün klubun futbol akademiyasında məşqçilik vəzifəsini icra etməyə başlayıb.
Xatırladaq ki, 1997-ci ildə “Liverpul” klubuna gələn Steven 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının “Los Anceles Qalaksi” klubuna transfer olunmuşdu.
