"Matçlar oynadıqca şansımızı artırdıq. Çox çətin qrupdan düzgün performans cızaraq çıxmağı bacardıq. Kimsə bizim qrupdan çıxacağımıza inanmırdı. Amma göstərdiyimiz oyunlarla bizə inanmayan və tənqid edənlərin cavabını verdik". Korner.az-ın məlumatına görə, bu sözləri İngiltərə milli komandasının kapitanı Stiven Cerrard deyib.
Yarımmüdafiəçi Avro-2012-nin qalibi olacaqlarına inandığını da ifadə edib:
"Bəzən belə turnirlərdə yaxşı oyun nümayiş etdirsən də, nəticə pis olur. Sadəcə təmkinli olmaq lazımdı. Şans yanımızda olsa, çempion ola bilərik".
