“Cenoa” baş məşqçisini göndərdi
21.12.2020 , 18:58

“Cenoa” baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz çıxışına görə Maranın istefaya göndərildiyi bildirilib.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis avqustdan İtaliya klubuna rəhbərlik edirdi.
