Cenk Tosun yenidən Türkiyəyə qayıdır
15.05.2019 , 18:03

Türkiyə millisinin üzvü Cenk Tosun yenidən “Beşiktaş” klubunda çıxış edə bilər.
Bu barədə Türkiyə mətbuatı məlumat verib. Cari mövsümün əvvəlində 22 milyon avro müqabilində “Everton”a satılan türkiyəli hücumçu yeni mövsümdən icarə əsasında “Beşiktaş” klubunda forma geyinə bilər. Bununla bağlı hər iki tərəfin rəsmiləri mayın 20-sində görüş keçirəcəklər. “Qara qartal”lar futbolçu ilə şəxsi razılıq əldə ediblər. İndi əsas məsələ futbolçunun klubunu razı salmaqdan ibarətdir.
Qeyd edək ki, Cenk Tosun “Everton” klubunun heyətində 39 görüşə çıxıb və 8 qol vurub.
