Cenk Tosun Yaponiya komandası ilə razılığa gəlib
13.03.2025 , 15:15

“Fənərbağça”nın futbolçusu Cenk Tosun yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, komandada forma şansı tapa bilməyən oyunçu İstanbul klubundan ayrıla bilər.
Bir müddətdir adı “Urava Red Diamonds”a çəkilən Tosunun Yaponiya komandası ilə razılığa gəldiyi bildirilir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, klubun futbolçu üçün “Fənərbağça”ya rəsmi təklifin göndərdiyi diqqətə çatdırılıb.
Super Liqa nəhəngi təklifi qəbul edərsə, Tosun yaxın zamanda Yaponiya klubuna keçəcək.
