Cenk Tosun “Kristal Pelas”dan ayrıldı
05.03.2020 , 17:37

“Kristal Pelas” klubu Türkiyə millisinin hücumçusu Cenk Tosunla icarə müqaviləsini ləğv edib.
Korner.az xəbər verir ki, buna onun məşq zamanı dizindən ciddi zədə alması səbəb olub.
7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən 28 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu “Everton”a qayıdıb.
