Cenk Tosun klubunu dəyişir?
15.01.2025 , 14:58

“Bodrum” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, klub İatanbul təmsilçisinin futbolçusu Cenk Tosunun keçidi üçün danışıqlara başlayıb.
Hücum xəttini gücləndirmək istəyən “Bodrum”un təklifinə Cenk özü də müsbət baxır.
Mövsümün əvvəlində “Beşiktaş”dan “Fənərbağça”ya transfer olunan 33 yaşlı oyunçu “Fənərbağça”nın heyətində 10 rəsmi matçda forma geyinib.
