Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın futbolçusu Cenk Tosun ilə İngiltərə klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Skorer” xəbər yayıb.
Bu mövsüm “Norviç Siti”nin nümayəndələri futbolçu üçün dəfələrlə Türkiyəyə gəlib. Adı gizli saxlanılan başqa ingilis klublarının nümayəndələri Cenk Tosunu yaxından izləmək üçün “Qalatasaray” – “Beşiktaş” matçına gələcək.
Həmçinin, İngiltərə təmsilçilərinin Tolqay Arslan, Oğuzhan Özyakup və Taliska ilə maraqlandığı da bildirilir.
