Cenk Tosun “Fənərbağça”dam ayrılır – Yeni klubu da məlumdur
04.03.2025 , 23:31

“Beşiktaş”la yollarını ayırdıqdan sonra mövsümün əvvəlində “Fənərbağça”ya keçən Cenk Tosun klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, buna səbəb futbolçunun komandada forma şansının az olmasıdır.
Yaponiyanın “Urava Red Diamonds” klubundan təklif alan Tosun buna müsbət yanaşıb.
İstanbul təmsilçisi 33 yaşlı forvardın komandadan ayrılmasına əngəl olmayacaq.
Bu mövsüm 17 matçda cəmi 283 dəqiqə meydanda olan oyunçu 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
