Cenk Tosun “Beşiktaş”dakı gələcəyindən danışdı
15.05.2023 , 22:43
“Beşiktaş”ın futbolçusu Cenk Tosun gələcəyi ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın hücumçusu “Hürriyyət”ə açıqlamasında komandadan ayrılmayacağını və karyerasını “Beşiktaş”da davam etdirəcəyini bildirib:
“Beşiktaş mənim evimdir. Bir çox ölkədən təkliflər var, amma mən və ailəm burada çox xoşbəxtik. Ayrılmaq üçün heç bir səbəb yoxdur. Bundan sonra da davam etməkdə qərarlıyam”.
Bu mövsüm “Beşiktaş”ın heyətində 31 oyun keçirən Cenk Tosun 16 qol vurub, 4 məhsuldar ötürmə edib.