Dünya Futbolu

Cengiz Ünderdən sevindirici xəbər

15.03.2019 , 10:58

“Roma”da zədəli olan futbolçu Cengiz Ünderin yaşıl meydançalara qayıdacağı vaxt bəlli olub.

Türkiyəli futbolçu həftəsonu A Seriyasının 28-ci turunda SPAL-la baş tutacaq görüşdə iştirak edə bilməyəcək. Xarici mətbuata əsasən, Cengiz Ünderin növbəti həftədən artıq komanda ilə məşqlərə başlayacağı bildirilib.

21 yaşlı oyunçunun A Seriyasının 29-cu turu çərçivəsində keçiriləcək “Roma” “Napoli” matçında iştirak edəcəyi ehtimal olunur.

Xatırladaq ki, futbolçu A Seriyasının 20-ci turunda oynanılan “Roma” “Torino” (3:2) matçında zədələnib.

Son yazılar

Yuxarı