“Roma”nın türk legioneri Cengiz Ünder “Mançester Siti”dən təklif alıb.
Cengiz “şəhərlilər”dən hələ “Roma”ya gəlməzdən əvvəl təklif alıb. Ancaq futbolçu bu təklifdən imtina edib. Onu “Roma”nın layihəsi daha çox cəlb edib:
“Mən “Mançester Siti”dən təklif almışdım, amma imtina etdim. “Roma”nın layihəsi və klubun münasibəti mənim üçün daha vacib idi.
Məhəmməd Salahın satışından sonra “Roma” mənim xarakterimə daha çox uyğun gəlirdi. Klubun idman direktoru Monçinin dediyi kimi, mən gələcəkdə komandanın vacib hissəsi ola bilərdim”.
Cengiz Ünder “Roma”ya 2017-ci ildə “İstanbul Başakşəhər”dən transfer olunub.
