Cengiz Ünder “Fənərbağça”da
12.08.2023 , 20:55

“Marsel”in futbolçusu Cengiz Ünder karyerasını “Fənərbağça”da davam etdirəcək.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
Klub bu transferlə bağlı “Marsel”lə razılığa gəldiyini açıqlayıb.
Türkiyə millisinin yarımmüdafiəçisi bu gecə İstanbula gedəcək. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
