“Roma”nın yarımmüdafiəçisi Cengiz Ündər Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Barselona”ya qarşı oynaya biləcək
Bu barədə “canavarlar”ın baş məşqçisi Eysebio di Françesko məlumat verib. Təcrübəli çalışdırıcı türk futbolçunun zədəsinin sağaldığını və ilk dəqiqələrdən meydanda ola biləcəyini bildirib.
Qeyd edək ki, “Roma” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə 22:45-də keçiriləcək. İspaniyadakı ilk görüşdə kataloniyalılar 4:1 hesablı qələbə qazanmışdı.
