Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib.
Korner.az-ın məlumatına görə, A qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” açılış turunda Sloveniyanın “Litija” klubu ilə qarşılaşıb.
Təmsilçimiz qrup oyunlarına ev sahibliyi edən ölkənin komandası ilə oyuna yaxşı başlayıb. Fasiləyə 3:0 hesablı üstünlüklə gedən "Araz" ikinci hissədə qapısından 5 top buraxmaqla məğlub olub.
Qrupun açılış oyunu isə daha məhsuldar alınıb – İspaniya “Barselona”sı “Split”in qapısından 18 cavabsız top keçirib.
